MUS-MUS DEYİNCƏ MUSTAFA DE

açıq danışmayan, sözü uzadan, sözünün canını deməyə tələsməyən, əsas mətləbə gec gələn adama müraciətlə işlədilən ifadə; ~ su-su deyincə sumaq de. 

MURADINI VERMƏK
MÜHAKİMƏ YÜRÜTMƏK
OBASTAN VİKİ
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Mus (Maku)
Mus (fars. موس‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Mus musculus
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Mus porcellus
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Mus musculus domesticus
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Mustafa
Mustafa — Azərbaycanda daha çox işlədilən kişi adı. Mustafa Kamal Atatürk - Türkiyə Respublikası qurucusu və ilk prezidenti, Osmanlı dövlət adamı. Mustafa Əbu əl-Yazid — "Əl-Qaida" terror şəbəkəsi qruplaşmanın Əfqanıstan qanadının lideri Mustafa Altıoxlar — ssenarist, oyunçu və fizyoterapist. Mustafa Aşurov — "Prezident təqaüdü"nə layiq görülmüş gənc tarzən. Mustafa Dabo — Qəbələ FK oyunçusu Mustafa Miyasoğlu — Türk ədəbiyyatının məşhur simalarından biri Mustafa Məhərrəmov — Mustafa Vəkilov — Mustafa İrgat — Mustafa Kandıralı Mustafa MustafayevMustafa Mustafayev (mühəndis) Mustafa Mustafayev (professor)Mustafa xanMustafa xan Xançobanlı — sonuncu Şirvan xanı. Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mustafa xan Şiftə — Urdu ədəbiyatının tanınmış şairi.Digər Mustafa (Saatlı) Mustafa (Bakalı) — Mustafa (Auırqazı) — Mustafa Kazdal məscidi — Qusar şəhərində yerləşən tarixi məscid.
.de
.de — Almaniyanın internet kodu.
Pa-de-de
Cütlük rəqsi (fr. Pas de deux [pa dǝ dø]) - Baletin zirvə səhnəsində ənənəvi duet - cütlük rəqsi.
"Mustafa" mükafatı
"Mustafa" mükafatı — müsəlman dünyasında elmin inkişafına dəstək məqsədilə İran tərəfindən təsis edilən beynəlxalq elmi mükafat. == Məqsədlər == == Namizədliklər == == Kateqoriyalar == == Tələblər == İran KİV-lərinin verdiyi məlumata görə, mükafata İslam peyğəmbərinin adlarından biri olan "Mustafa" ismi verilib. Bu mükafatın müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə verilməsi nəzərdə tutulub. Mükafatın verilməsi prosesinə xüsusi təşkil edilən şura nəzarət edəcək. İran ilk "Mustafa" mükafatını 2015-ci ildə "İslami birlik həftəsi"ndə 4 nominasiya üzrə təqdim edəcək. Nominantlara nağd pul mükafatı ilə yanaşı, üzərində fars, ərəb və ingilis dillərində yazılar həkk olunmuş dəyərli medal da veriləcək. Mükafat 500 min ABŞ dolları məbləğində nəzərdə tutulur.
Aşıq Mustafa
Aşıq Mustafa (d. ?, İran-ö. 1871, İran) — Azərbaycanlı aşıq == Həyatı == Aşıq Mustafa Urmiya vilayətinin Sitanabad kəndində dünyaya gəlmişdi. Dogum tarixi dəqiq bilinmir. Uzun müddət çobanlıq edib. Röyasında bir gözələ aşıq olmus və bu gözəli tapmaq üçün diyar-diyar gəzərək ta Eçmiadzinə (Üçkilsəyə) qədər getmisdi. Bəzi informatorlara görə ona həmin qız buta verilibmiş. Təhsili olmadıgı halda çox gözəl qoşmalar yazmıs, saz çalıb məclis idarə etmisdi. Aşıq Mustafa "Əslı və Kərəm" ve "Koroglu" dastanlarını yeni variantlarını işləmişdi. Bunlarla bərabər özünə aid çox gözəl bayatılar, gəraylılar və qoşmalar söyləmişdi.
Fazil Mustafa
Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı. == Həyatı == 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub. 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başlayıb.
Firuz Mustafa
Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) — nasir, dramaturq, esseist, filosof. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Firuz Mustafa (Mustafayev Firuz Qədimalı oğlu) 18 fevral 1952-ci il tarixdə Azərbaycan Respublikası Gədəbəy rayonunun İsalı kəndində ziyalı ailəsində anadan olmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən gah həmin ilin iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustafa 1969-cu ildə orta məktəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Azərbaycan Pedaqoji Universitetin filologiya fakültəsini bitirmiş, 1975–1977-ci illərdə təyinat üzrə Saatlı rayonunda müəllim işləmişdir. Firuz Mustafa 1977–1978-ci illərdə hərbi xidmətdə olmuş, tank komandiri olmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978–80-ci illərdə Az. TV-də müxbir, Kinolaşma idarəsində sərəncamçı direktor, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir.
III Mustafa
III. Mustafa (Divan ədəbiyyatındakı adıyla Cahangir; 28 yanvar 1717[…], Konstantinopol – 21 yanvar 1774, Konstantinopol), 26. Osmanlı padşahı və 105. İslam xəlifəsi. Atası Sultan III. Əhməd, anası Əminə Mihr-î-şâh Sultandır. Atasının 1730'da taxtdan çəkilməsindən sonra 27 il qəfəs həyatı yaşamışdır. Əmisinin oğlu III. Osmanın ölümü üzərinə 1757'də taxta keçmişdir. == Səltənəti == Başa keçdikdən sonra sədrəzəm Qoca Raqif Paşanı vəzifədə saxladı. Maliyyə vəziyyətini düzəltmək üçün sarayın xərclərini azaltdı və sui-istifadələrin üstünə getdi ancaq müvəffəqiyyətli ola bilmədi. Orduda artilleriya sinifini düzəltmək üçün Baron de Tott'a "Sürət topçuları" adında hərbi bir birlik qurdurdu. Rusların 1770'də Çeşmə'də Osmanlı donanmasını yandırmaları üzərinə yeni bir donanma hazırlanmasına çalışdı.
II Mustafa
II Mustafa (Osmanlı türkcəsi: مصطفى ثانى — Muṣṭafā-yi sānī; 5 iyun 1664, Ədirnə – dekabr 1703, Konstantinopol) — 22-ci Osmanlı sultanı və 101-ci İslam xəlifəsi. Ordu rəhbərliyində səfərə çıxan son Osmanlı sultanı. == Həyatı == === İlk illəri === 2 iyun 1664-cü ildə Ədirnədə dünyaya gəlmişdir. Atası IV Mehmed, anası isə Əmətullah Gülnuş Sultandır. Doğumu səbəbilə 7 gün davam edən şənliklər keçirildi. İlk dərsini isə 5 yaşı olanda atasının lələsi Vani Mehmed Əfəndidən aldı və onun tövsiyəsilə daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. Atasının 1672-ci ildə çıxdığı birinci Lehistan səfərində onunla birlikdə Babadağa qədər getdi. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Əhmədlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. 1687-ci ildə atasının taxtdan endirilməsi əsnasında onun tərəfindən namizəd göstərilsə də, dövlət xadimləri yaşca daha böyük olması səbəbilə əmisi Sultan Süleymanı taxta çıxardı.
IV Mustafa
IV Mustafa (Osmanlı türkçəsi: سلطان الرابع مصطفى Mustafa-i rabi; 8 sentyabr 1779, Konstantinopol – 17 noyabr 1808, Konstantinopol) — 29-cu Osmanlı padşahı, 93-cü İslam xəlifəsidir. == Həyatı == === İlk illəri === 8 sentyabr 1779-cu ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə bolqar əsilli Aişə Səniyəpərvər Sultandır. Şahzadəlik illərində sarayda klassik təhsil almış, qardaşı Şahzadə Mahmudla birlikdə atasının şəhərdəki təftişlərində iştirak etmişdir. Atasının vəfatının ardından (7 aprel 1789) taxta çıxan əmisi Sultan Səlim övladı olmadığı üçün qardaşı uşaqlarına nəvaziş göstərmişdir. Bu dönəmdə sarayda rahat bir həyat sürmüşdür. === Səltənət illəri === Sultan Səlim tərəfindən başladılan hərbi və bürokratik islahatlar yeniçəri və üləmaların müxalifətiylə yarımçıq qaldı və tərtiblənən bir saray çevrilişi ilə (Qabaqçı Mustafa üsyanı) taxtdan endirilərək Şimşirlik bölümünə həbs edilən Sultan Səlimin yerinə IV Mustafa taxta çıxarıldı (29 may 1807). Üsyanın ardından sədarət naibi Kösə Musa Paşa, Qabaqçı Mustafa, şeyxülislam Mehmed Əfəndi, başqazılar və yeniçəri ocağının öndə gələn zabitlərinin iştirakıyla bir məclis toplandı. Məclisin sonunda üsyançıların dövlət işlərinə qarışmamaq şərtiylə, bağışlanacaqlarına dair söz verildi və fərman hazırlandı (31 may 1807).
I Mustafa
I. Mustafa ((Osmanlı türkcəsi: مصطفى الأول 24 iyun 1591, Konstantinopol – 20 yanvar 1639, Konstantinopol) — 15. Osmanlı padşahı və 94. İslam xəlifəsidir.Atası Sultan III Mehmeddir. I. Mustafanın Qafqaz əsilli anasının adı bilinməsə də, bəzi qaynaqlarda Həlimə Sultan olaraq göstərilir. Osmanlı tarixində ilk dəfə padşahlığın atadan oğula keçməsi qanunu pozuldu və şahzadə Mustafa qardaşı I. Əhmədin 22 noyabr 1617 tarixində vəfat etməsi ilə taxta oturdu. Müxtəlif illərdə 2 dəfə hakimiyyətdə olmuşdur. == Həyatı == === Uşaqlıq illəri === Atası Şahzadə Mehmedin (III Mehmed) Manisa sancaqbəyliyi dönəmində dünyaya gələn Şahzadə Mustafanın abxaziya əsilli anasının adı bilinməsə də, bir çox qaynaqlarda Həlimə Sultan olduğu qeyd edilir. 1595-ci ildə atası taxta oturmuş, Şahzadə Mustafa da digər qardaşları ilə birlikdə İstanbula gətirilmişdir. İlk təhsilini sarayda alan Şahzadə Mustafa özündən 1 yaş böyük qardaşı Şahzadə Əhmədin taxta çıxmasıyla Osmanlı sülaləsinə mənsub yeganə şəxs oldu. I. Əhmədin çox kiçik yaşda taxta oturması və ailədə başqa şahzadənin olmaması səbəbilə Şahzadə Mustafaya toxunulmamışdır.
Mustafa (Auırqazı)
Mustafa (başq. Мостафа, rus. Мустафино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Köyəzebaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Köyəzebaş): 7 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 25 km. == Əhali == 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (64 %), başqırdlar (34 %) üstünlük təşkil edir.
Mustafa (Avurğazı)
Mustafa (başq. Мостафа, rus. Мустафино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Köyəzebaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Köyəzebaş): 7 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 25 km. == Əhali == 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (64 %), başqırdlar (34 %) üstünlük təşkil edir.
Mustafa (Bakalı)
Mustafa (başq. Мостафа, rus. Мустафино) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mustafa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 46 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 91 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (71%), tatarlar (28%) üstünlük təşkil edir.
Mustafa (Saatlı)
Mustafa — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Mustafa Şəntop
Mustafa Şentop (6 avqust 1968, Təkirdağ) — türk siyasətçisi və 24, 25, 26. Dövr Ədalət və İnkişaf Partiyası (AK Parti) İstanbul, 27. AK Partiya Tekirdağ millət vəkili. 2011-ci il Türkiyə ümumi seçkilərində ilk dəfə Türkiyə Böyük Millət Məclisinə daxil olan Şentop, 2012–2015-ci illərdə AK Partiya sədr müavini vəzifəsində çalışıb.
Mustafa Şərifov
Mustafa İsmayıl oğlu Şərifov (1875, Nuxa – 1938, Bakı) — ilk azərbaycanlı sanitar-həkim. == Həyatı == Mustafa İsmayıl oğlu 1875-ci ildə Şəki şəhərində anadan olmuşdu. 1899-cu ildə Xarkov universitetinin tibb fakültəsini bitirmişdi. 1901-ci ildə Cavanşir qəzasında həkim işləmişdi. İlk azərbaycanlı sanitar-həkim hesab olunur. Sonralar Bakıda rayon sanitar - epidemioloji stansiyasına müdir təyin olunmuşdur. 1918-1920-ci illərdə isə Bakı şəhəri tibb-sanitar hissəsinin müdiri işləmişdir. M.İ. Şərifov Bakı Şəhər Səhiyyə şöbəsinin müdir müavini, Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu statistika şöbəsinin müdiri, "Azneft"in tibb-sanitar idarəsində müdir müavini vəzifələrində işləmişdir. Azərbaycanda səhiyyənin təşkilində yüksək xidmətlərinə görə Mustafa İsmayıl oğlu Şərifova 1932-ci ildə "Azərbaycan SSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir. Mustafa Şərifov 1938-ci ildə vəfat edib.
Mustafa Ədl
Seyid Mustafa Ədl — Mənsurüssəltənə ləqəbi ilə (1882 Təbrizin Əngəc məhəlləsi-1950 Tehran) hüquqşünası və siyasətçi. Mustafa Ədl, İranın ilk hüquq professorlarından idi və Rza şah Pəhləvi dövründə İranın müasir ədliyyəsinin təsisində o cümlədən Ticarət hüququ və ümumi cəza hüququ inkişafında əhəmiyyətli bir rol oynamışdır. == Bioqrafiyası == Seyid Mustafanın atası Hacı Mirzə İbrahim Xəlil (Rüknüddövlə ləqəbi ilə) böyük adamlarından və məriflərindən idi və ömürünün sonlarında Xorasanın ədliyyə divanxanasının prezidenti idi və dayısı Mirzə Möhsün xan Təbrizi Nəsrəddin şah Qacarın ədliyyə naziri idi.Yəhya Ədl, "İranın Cərrahı atası"da ami oğlusu idi. Ədliyyə naziri Mansurəssəltənə bеynəlxalq hüquq üzrə tanınmış mütəxəssis idi. Tеhran univеrsitеtinin hüquq fakültəsinin dеkanı işləmişdi. 1935-1938-ci illərdə xarici işlər nazirinin müavini, İranın Millətlər Cəmiyyətində nümayəndəsi, Füruqi və Sühеyli hökumətlərində maarif naziri işləmişdi. 1937-ci ildə Sovеtlərlə yaranmış sərhəd münaqişəsinin törədicisi, Pəhləvi limanı haqqında 1927-ci il öhdəliyinin pozulmasının tərəfdarı kimi tanınırdı. 1930-cu illərdə İran hökuməti Araz çayı boyunca mübahisəli hеsab еtdiyi 11 kiçik torpaq sahəsini qaytarmağa cəhd göstərmişdi. Aşqabad şəhərindən 35 km. cənubda yеrləşеn Firuzə yaşayış məntəqəsi isə daimi olaraq Sovеtlərlə İran arasında mübahisəli əraziyə çеvrilmişdi.
Mustafa Əfəndiyev
Mustafa Əfəndiyev (1918, Rusiya imperiyası – 3 noyabr 1982, Bakı) — "Azərnəşr"in direktoru. Tərcüməçi və naşir Mustafa Əfəndiyev 1918-ci ildə Füzuli şəhərində anadan olmuş, orta təhsilini bitirdikdən sonra müəllim işləmiş, 1939-cu ildə SSRİ–Finlandiya, daha sonra İkinci Dünya müharibəsində ön cəbhədə döyüşmüş və ağır yaralanmışdır. O, 1950–1955-ci illərdə M. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. Bu universitetin jurnalistika fakültəsini bitirmiş ilk azərbaycanlı kimi Vətənə qayıdan Mustafa Əfəndiyev redaktorluq fəaliyyətinə başlamışdır. 1960-cı illərdən etibarən Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və 1970-ci illərdən ömrünün sonuna kimi nəşriyyatın direktoru vəzifəsində çalışmış, 3 noyabr 1982-ci ildə vəfat etmişdir. Mustafa Əfəndiyev "1001 gecə" nağıllarının 5-ci cildini, L. Tolstoyun "Hacı Murad" povestini və uşaq hekayələrini, A. Çexovun hekayələrini, R. Kiplinqin "Mauqli", L. Kerrolun "Alisa möcüzələr diyarında" kimi məşhur romanlarını, M. Qorkinin "Günəşin övladları" pyesini, Yelin Pelinin, V. İvanovun, A. Çakovskinin, S. Uluqzadənin və b. əsərlərini dilimizə tərcümə etmişdir. Onun tərcümə yaradıcılığı Azərbaycan tərcümə ədəbiyyatının inkişafında və zənginləşməsində əhəmiyyətli rol oynamışdır.
Mustafa Əliyev
Mustafa Cahan oğlu Əliyev (7 mart 1942, Əmirxeyir, Çəmbərək rayonu – 3 avqust 2011, Bakı) — coğrafiya elmlər doktoru, dosent, professor. == Həyatı == Mustafa Cahan oğlu Əliyev 1942-ci il martın 7-də Qərbi Azərbaycanın Krasnoselo rayonu Əmirxeyir kəndində anadan olmuşdur. O, yeddillik məktəbi Çaykənd kəndində orta məktəbi isə Daşkəsən şəhərində bitirmişdir. 1958-ci ildə S.M.Kirov adına ADU-nın Geoloci-coğrafiya fakültəsinə daxil olmuş və 1963-cü ildə oranı coğrafiya – biologiya ixtisası üzrə bitirmişdir. == Elmi fəaliyəti == 1964-1973-cü illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunda baş müəllim işləmişdir. 1971-1974-cü illər ADU-nin aspiranturasında qiyabi təhsil almışdır. 1974-cü ildən Azərbaycan Dövlət Pedoqoji Universitetində çalışmışdır. Fakültə həmkarlar təşkilatının sədri, fakültə elmi şurasının üzvü olmuşdur. 1997-ci ildən 2007-ci ilədək Ümumi coğrafiya kafedrasının müdiri vəzifəsində işləmiş, Universitet Elmi Şurasının üzvü olmuşdur. 2002-ci ildən Ümumi coğrafiya kafedrasının professoru seçilmişdir.
безбиле́тница бронестекло́ ворсо́ванный красноно́жка куафю́ра многогла́сие перевенча́ться грех дово́дочный дохристиа́нский йод конду́кторша позабы́ть сверхзвезда́ лосьпорты мякиш bushed head-to-head Miami resolvability Scotch fir stoical unexposed xiphisternum водослив